Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:17

Qarışqalar klonlaşdırılma yolu ilə artırlar


Alimlərin Amazoniya qarışqaları arasında apardığı araşdırma göstərib ki, bu qarışqaların dişisi erkək olmadan nəsil artıra bilir. Belə ki, bu qarışqalar klonlaşdırılma yolu ilə artırlar. Kraliça qarışqalar özlərinin tam oxşarı olan qızlarını yaradırlar.

Cinsi yol olmadan artan bu cür növ birinci dəfədir ki, kəşf olunur və onlar elə özləri kimi də bircinslə artan göbələklə qidalanırlar.

Araşdırmanı aparan Arizona Universitetinin bioloqu, Anna Himler deyib ki, onlar bu araşdırmada saysız sınaq keçiriblər. Belə ki, onlar Mycocepurus smithii qarışqalarının DNA testini apararaq onların hamısının kraliça qarışqadan törəndiyini aşkarlayıblar.

Dişi qarışqaların üzərində aparılan araşdırma onların fiziki olaraq cütləşə bilmədiklərini də ortaya çıxarıb.
XS
SM
MD
LG