Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:40

«İşsizlər və dövlət»


Neft sektorunda 5000-dən çox ixtisardan hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı danışıb
Neft sektorunda 5000-dən çox ixtisardan hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı danışıb
«Bizim Yol»: «Turan» İA-nin analitik materialı təkcə bir şəhərdə - Sumqayıtda vəziyyətin gerçək üzünü göstərir. Faktlar isə bu cürdür: «Azərikimya» Dövlət Şirkətinə daxil olan bütün beş zavod, eləcə də «Azərboru» ASC istehsalı qeyri-müəyyən vaxtadək dondurub, «Azəralüminium» ASC-nin Sumqayıt alüminium sahəsi isə istehsal gücünün təqribən 15% gücü həddində işləyir.

Təkcə «Sintez-kauçuk» zavodu 1400 nəfər işçini qeyri-müəyyənliyə yollayıb. Ümumilikdə isə, «Azərkimya» şirkətinin müəssisələrində 8 minə yaxın işçi çalışırdı.

Sonra – «Azərboru» ASC ayın 1-dən burada çalışan 1146 nəfərdən 1000-i iki aylıq ödənişsiz məzuniyyətə buraxıb. Alüminium zavodunda 1000-ə yaxın işçi dən 200-ü qalıb. Məzuniyyətə buraxılan işçilərə isə heç bir təzminat verilmir.

İndi rəqəmləri toplayın - 10 mindən çox işçi edir. Və bu, yalnız bir şəhərdə və bir sektordadır (kimya sənayesində)». Məmməd Süleymanov «İşsizlər və dövlət» adlı köşə yazısında belə yazır.

Neft sektorunda 5000-dən çox ixtisardan hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı danışıb (Bu xanımı şəxsən tanımıram, ancaq onun təşkilatını ölkədə faydalı işlə məşğul yeganə QHT saymaqdayam).

Yaxşı, bəs onda dövlət nəyədir? Onun antiböhran proqramı nə üçündür?

Ancaq bu məsuliyyətin işartısı da görünmür. Bunlar o hallardır ki, fəhlələr haqlarını heç öz direktorlarından da yox, birbaşa dövlətdən tələb etməlidir. Və yaranmış vəziyyət həm də dövlətin öz dara düşmüş minlərlə vətəndaşına münasibətinin göstəricisidir...

Çünki, dövlət arxayındır - kütlə bunu da həzm edəcək. Ancaq nə vaxtadək?..»

«Yeni Müsavat»: «Bu ölkənin neoislamçı rəhbərliyi Türkiyənin adını dillər əzbəri eləyib. Ərdoğanın Davosdakı hərəkətinin hay-küyü, NATO sammitindəki «Rasmussen qalmaqalı», Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı gərginlik, seçki qovğaları, «Ergenekon» həbsləri (artıq 12-ci dəfə) Türkiyəni Avropanın gündəminə daşıyıb». Xalid Kazımlı «Gül-çiçəkli iqtidarın tikanları» sərlövhəli köşə məqaləsində belə yazır.

«Ondan da keçən yerdə, Türkiyə Azərbaycan üçün özəl dövlətdir. Onun xeyri bizim xeyrimiz, zərəri bizim zərərimizdir.
Bu baxımdan İslam dünyasının ən modern, ən qüdrətli, ən inkişaflı, üstəlik, bizə ən yaxın dövlətinin daxilində baş verən hadisələr təbii olaraq ölkəmizin bu gününü, gələcəyini düşünən kəsləri dərindən ilgiləndirməlidir və ilgiləndirir.
Hamımız şahidik ki, bu gün AKP-nin gül-çiçəkli iqtidarı doğma Türkiyəni yanlış istiqamətə, tikanlığa aparır».

«Azadlıq»: «Səyavuş Novruzov yenə çaşdı».

«Son vaxtlar YAP-çı deputat Səyavuş Novruzov hakimiyyətin ziyanına tez-tez səhvlər buraxır. Deputat elə fikirlər səsləndirir ki, onun YAP-çı olduğuna şübhə yaranır. Məsələn, referendumla bağlı İctimai Televiziyada təşkil olunan debatda AXCP sədri Əli Kərimlinin hərbi xidmətdən yayındığını iddia etdi. Bununla da lideri İlham Əliyevi pis vəziyyətdə qoydu.

Bundan sonra YAP-çı deputat Milli Məclisin iclasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) rəhbəri Nuşirəvan Məhərrəmlini sərt tənqid etdi. Səyavuş Novruzov Azərbaycan telekanallarında türk dilində verilişlərin yayımına qadağa qoyduğuna görə MTRŞ rəhbərinin milli mənsubiyyətini şübhə altına aldı.

Parlamentin son iclasında deputat yenə «xoruz» buraxıb. Azərbaycanda anti-Türkiyə tədbirlərinin keçirilməsinə toxunan YAP-çı deputat bildirib ki, bu kampaniyanı aparanların qarışığı var. Yenə də hamı bilir ki, Türkiyəyə qarşı bu çirkli kampaniya Prezident Aparatında təşkil edilib. Azərbaycan hakimiyyəti Rusiyapərəst siyasətinə haqq qazandırmaq üçün qardaş ölkəni bu cür gözümçıxdıya salır. Deməli, Prezident Aparatında oturanların qarışığı var. Bunu biz demirik ha, YAP-çı deputat Səyavuş Novruzov deyir!»

«Yeni Azərbaycan»: «Azərbaycan - regionun siyasi sabitlik nümunəsi...»

«Siyasi sabitlik olduqca geniş anlayışıdır. O baxımdan ki, müzakirə zamanı hər bir şəxs bu məfhumu öz aspektində izah edə bilər. Bununla belə, beynəlxalq münasibətlər sistemində siyasi sabitlik məsələsi xüsusi kirteiyalarla müəyyənləşdirilir. Siyasi sabitliyin əsas göstəricilərindən biri ölkədə keçirilən demokratik seçkilərdir.

Siyasi sabitlik məsələnin yenidən gündəmə gəlməsinin səbəbləri var. Bu gün qaynar qazana bənzəyən Cənubi Qafqaz regionunda münasibətlər məsələsi heç də ürəkaçan səviyyədə deyil.

Məsələn, Ermənistan öz qonşusunun torpaqlarını işğal altında saxlayır, Gürcüstanda isə daxil vəziyyətdə olduqca qarışıqdır. İşğalçı Ermənistanın dünyaya inteqrasiya məsələsi hələ də yubanır. Bunun da səbəbi həmin ölkənin başında duran şəxslərin işğalçı siyasətdən əl çəkməmələrindədir. Son nəticədə isə zərbə yenə də Ermənistan iqtisadiyyatına və dövlətin ümumi inkişaf dinamikasına dəyir. Zarafat deyil, iqtisadi böhranın ən maksimal dərəcədə təsir göstərdiyi ölkələrdən biri kimi məhz Ermənistan xarakterizə olunur. Səbəb isə bəllidir. Özünün regional layihələrdən kənarda saxlayan, qonşuların qarşı torpaq iddiası irəli sürməklə bütün ikitərəfli münasibətlərə zərbə vuran, sərsəm xəyallarla yaşayan və bu xəyalları gerçəkləşdirmək üçün beynəlxalq hüquq prinsiplərini ayaq altına atan, terrordan istifadə edən işğalçı Ermənistan iqtisadiyyatı bu gün yalnız ianələr hesabına yaşayır. Əgər buna yaşamaq demək mümkündürsə».

«Üç nöqtə»: «Azərbaycanda regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» təsdiq edilib. Yeni sənədin qəbulunu təqdirəlayiq hal hesab edən iqtisadçı millət vəkili Vahid Əhmədov dedi ki, bundan öncə qəbul edilən proqramlarda nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub:

«Sözün əsl mənasında bu tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib. Bundan başqa, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynayıb».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG