Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:17

NATO Gürcüstanda hərbi təlimlər keçirəcək


NATO gələn ay Gürcüstanda hərbi təlimlər keçirəcək. Qurumun bəyanatında bildirilir ki, təlimlər mayın 6-dan iyunun 1-dək davam edəcək.

Məqsəd NATO üzvləri və iştirakçı ölkələr arasında əlaqələri yaxşılaşdırmaqdır.

Təlimlərin keçirilməsi NATO-nun Rusiya ilə əlaqələri bərpa etməyə çalışdığı vaxta təsadüf edir. Avqustdakı Rusiya-Gürcüstan münaqişəsindən sonra NATO Rusiya ilə əməkdaşlığı dondurmağa qərar vermişdi.

Rusiya Gürcüstanda keçiriləcək təlimləri «təxribatçı» adlandırıb.

Rusiyanın NATO-dakı səfiri Dmitri Roqozin «Reuters» agentliyinə deyib ki, o, NATO baş katibi Yap de hup Sxefferden təlimləri ləğv etməyə və ya təxirə salmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG