Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:49

Türkiyəli nazir deyir ki, Ermənistanla münasibətlər AB-ni maraqlandırmır


Türkiyənin Avropa Birliyi ilə müzakirələrə cavabdeh dövlət naziri Egemen Bağış Türkiyə-Ermənistan münasibətlərinin hər şeydən əvvəl iki ölkəni maraqlandırdığını bildirib.

O, Şərqi Aralıq dənizi universiteti Kipr Araşdırmaları Mərkəzinin təşkil etdiyi Forumda iştirak etmək üçün Nikosiyaya gedərkən belə deyib.

Məlumatı «Haberturk» internet saytı yayıb.

Forumda «Türkiyənin Ermənistan ilə münasibətləri normallaşdırmaq üçün Ermənistanla apardığı danışıqlara AB-dən hansı reaksiyaların verildiyinə dair sualı cavablandıran dövlət naziri Egemen Bağış deyib:

«AB-nin səlahiyyətli nümayəndələri bununla bağlı bizdən heç nə istəməyiblər. Çünki bu, AB-yə üzv olmaq üçün irəli sürülən şərtlərdən biri deyildir. AB üzvü 27 ölkənin heç biri üzvlük müzakirələri prosesində qonşu ölkələrlə münasibətlərə dair şərtlərlə qarşılaşmamışdır. Türkiyə ilə Ermənistan arasındakı münasibətlər bu iki ölkəyə aiddir. AB-ni maraqlandıran məsələ deyildir».
XS
SM
MD
LG