Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:05

Siz heç hədiyyə olaraq işğal edilmiş vətən torpağı aldınızmı?


Biz Vətən torpağı işğalının nə olduğunu 80 ildir bilmirik…

Biz Vətən torpağı işğalının nə olduğunu 80 ildir bilmirik…

Biz bu günə qədər Vətən torpağını 19 Mayda Samsundan gətirilən bir torpaq kimi tanıyırdıq…
Ancaq bu gün inanılmaz bir şey oldu…

«Vətən deyən» Azərbaycanın bir neçə qadın millət vəkili TBMM-nin başçısı Göksal Topdana bir hədiyyə gətirdi…

Bu hədiyyə çəkidə də ağırdır, qiymətdə də…

Bu hədiyyə ərəb şeyxlərinin bahalı cavahiratları, saatları deyildir…

Bu hədiyyə gümüş bir qutuda gətirilən Qarabağ torpağıdır…

Azərbaycan xalqının işğal edilmiş Vətən torpağıdır…

Siz heç hədiyyə olaraq işğal edilmiş Vətən torpağı aldınızmı?

Biz Vətən torpağı işğalının nə olduğunu 80 ildir bilmirik…

Anadolu torpaqlarını düşməndən qurtaran Mustafa Kamal və tərəfdarları o Vətən torpağı üçün can verən minlərlə Mehmetciyin qanı üzərindən bir bayraq, bir müstəqil dövlət qurdular…

Bu gün bir ovuc Vətən torpağı üçün minlərlə şəhid verilir…

Vətən torpağı parçalanıb satılacaq ərazi olmadığı üçün heç bir ölçü vahidi ilə ölçülməz… Qiyməti qanla ölçülər…

Azərbaycanın qadın millət vəkillərinin TBMM-in başçısına gümüş qutuda gətirdiyi Qarabağ torpağının anlamı budur…

Təbii, bu o demək deyil ki, Ermənistanla görüşülməsin…

Bu o demək deyildir ki, Ermənistan sərhədi açılmasın… Bütün bunlar olsun…

Ancaq Ankaraya «hədiyyə» gətirilən bu Qarabağ torpağı da anlamını bulsun…

İşğal varmıdır, yoxmudur, bəylər?

Gətirilən Qarabağ torpağı deyir ki:

- Var deyənlər əlini qaldırsın…

Sanıram Ermənistanla keçirilən görüşləri bölgənin böyük dövləti olan Türkiyənin Qarabağ problemini çözəcək bir barış zəmini hazırlamasına səbəb olur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG