Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:35

Vəzifə yüksəlişi ruhi sağlamlığa ziyandır


Ekspertlər deyirlər ki, insanlara əlavə məsuliyyətin verilməsi daha çox həyəcan, stress və depressiyaya gətirir

Ekspertlər deyirlər ki, insanlara əlavə məsuliyyətin verilməsi daha çox həyəcan, stress və depressiyaya gətirir

Vəzifədə yüksəlmək insanın ruhi sağlamlığı üçün ziyan ola bilər. Varvik Universitetinin alimləri son beş ildə menecer və rəhbər vəzifələrdə işləmiş min nəfər arasında apardıqları araşdırmalardan sonra bu nəticəyə gəliblər.

Araşdırmaya cəlb olunmuş min nəfər sağlamlıqları, ruhi vəziyyətləri barədə sorğu-sual ediliblər. Nəticə göstərib ki, rəyi soruşulanların vəzifələri artdıqdan sonra onların ruhi sağlamlığına 10 faiz ziyan dəyib.

Ekspertlər deyirlər ki, insanlara əlavə məsuliyyətin verilməsi daha çox həyəcan, stress və depressiyaya gətirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG