Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:27

Hindistanda parlament seçkiləri keçirilir



Aprelin 16-da Hindistanda parlament seçkilərinin ilkin mərhələsi keçirilir. Ümumilikdə bu ay Hindistanda 5 dəfə səsvermə keçiriləcək.

Seçkilərdən qabaq ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib. Hökumət maoist qruplaşmasının bəzi rayonlarda səsverməyə mane ola biləcəyindən ehtiyatlanır. İki milyondan artıq polis qayda-qanuna nəzarət edir.

Parlament seçkilərində əsas mübarizə hakim Hindistan milli konqresi və müxalifətin milli «Bharatiya Canata» partiyaları arasında gedir.

Səsvermədə 140 milyondan artıq insan iştirak edə bilər.

Parlamentin aşağı palatasına keçirilən seçkilərin nəticələrinin mayın 16-da açıqlanacağı gözlənilir.
XS
SM
MD
LG