Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:46

İlham Əliyev Metyu Brayzayla görüşüb


Azərbaycan Prezidenti İlham Əliyev bu gün ABŞ dövlət katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanı qəbul edib.

ANS Press-in məlumatrına görə Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ətrafında fikir mübadiləsi aparılıb.

Bu, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın bu ay Azərbaycan prezidentiylə keçirdiyi ikinci görüşdür.

Bundan əvvəlki görüş aprelin 3-də olub.
XS
SM
MD
LG