Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:29

Evdə olan doğuşlar da xəstəxanadakı kimi təhlükəsizdir


Niderlandda aparılan araşdırmaya görə, evdə olan doğuşlar da xəstəxanadakı kimi təhlükəsizdir.
Məlumatı «BBC science» yayıb.

Körpələrin evdə doğulmasının nə qədər təhlükəsiz olması uzun müddət mübahisə obyekti idi. İngiltərədə tibb mamaları «BJOG» jurnalında çap olunan bu araşdırmanı alqışlayıblar. Lakin bunun heç də bütün ölkələrə aid olmadığını da vurğulayıblar.

Niderland Avropada yeni doğulan körpələrin arasında ən yüksək göstərici olan ölkələr arasında olduğundan belə bir araşdırma aparılması qərarına gəlinib. Çünki bunun səbəblərindən birinin də evdə aparılan doğuşların olması güman edilirdi. Buna görə də evdə aparılan 530 000 doğuş araşdırılıb və heç birində ana və körpə ziyan çəkməyib.
XS
SM
MD
LG