Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:21

Dörd kişini döyməkdə ittiham olunan qadın xəstəxanaya yerləşdirilib


S.Heydərova bir müddət əvvəl də aclıq aksiyası keçirib
S.Heydərova bir müddət əvvəl də aclıq aksiyası keçirib
Bir həftədir aclıq aksiyası keçirən Səyyarə Heydərova xəstəxanaya yerləşdirilib. Bu barədə «Azadlıq» radiosuna o özü məlumat verib. S.Heydərovanın sözlərinə görə, aprelin 15-də halı pisləşdiyindən onu Əfəndiyev adına 2 saylı xəstəxanaya aparıblar:

«Yemək yemədiyim üçün mənə qlükoza vurublar. Özümü pis hiss eləyirəm».

Xəstəxananın terapiya şöbəsinin növbətçi həkimi Ramin Məmmədov isə «Azadlıq» radiosuna deyib ki, Səyyarə Heydərovanın təzyiqi normadan aşağıdır. Ona yemək təklif olunacaq.

S.Heydərova isə aclıq aksiyasını davam etdirməkdə israrlıdır.

Dörd kişini döyməkdə ittiham olunan xanım ədalətli məhkəmə tələb edir. S.Heydərova deyir ki, prezident İlham Əliyev onun probleminə reaksiya verənəcən aclığı davam etdirəcək.

S.Heydərova bir müddət əvvəl də aclıq aksiyası keçirib.
XS
SM
MD
LG