Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:57

Türk millət vəkilləri YAP-çı deputata etiraz etdilər


Tədbirdə Türkiyədən 7 deputat iştirak edir

Tədbirdə Türkiyədən 7 deputat iştirak edir

Milli Məclisdə Türkiyə və Azərbaycan deputatlarının iştirakı ilə iki ölkə arasındakı münasibətlərə həsr olunmuş dəyirmi masa keçirilir.

Tədbirdə hakim YAP icra katibinin müavini Mübariz Qurbanlı bildirib ki, Türkiyə Ermənistanla sərhədlərini yalnız Qarabağ münaqişəsinə görə bağlamayıb. Onun fikrincə, sərhədlərin bağlanması eyni zamanda Türkiyə-Ermənistan arasında olan problemlərdən irəli gəlib.

Bu fikrə dəyirmi masada iştirak edən bütün türkiyəli deputatları etiraz ediblər.

Cümhuriyyət Xalq Partiyasının baş katibi Yılmaz Atəş «Azadlıq» radiosuna sərhədlərin məhz Qarabağ münaqişəsinə görə bağlandığını deyib. Deputat xatırladıb ki, Türkiyə Ermənistanı müstəqil dövlət kimi tanıyıb, amma Azərbaycanın ərazilərini işğal etdiyinə görə bu dövlətlə diplomatik əlaqələr yaratmayıb və sərhədlərini bağlayıb.

«Azərbaycan yetkiləri də Azərbaycan və Türkiyə cəmiyyətlərinin heysiyyatına toxunan belə fikirlər səsləndirməməlidirlər»-, deyə Yılmaz Atəş bildirib.

Tədbirdə Türkiyədən 7 deputat iştirak edir. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının təmsilçiləri toplantıya qatılmayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG