Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:01

Xocalı qırğınından bəhs edən materiallar Xolokost muzeylərində yerləşdirilə bilər


«Xocalı qırğınından bəhs edən materiallar dünyanın ayrı-ayrı şəhərlərində yerləşən Xolokost muzeylərində yerləşdirilə bilər». Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iyunun 13-də keçirdiyi mətbuat konfransında belə dedi. Onun sözlərinə görə, bu barədə ilkin razılaşma iyunun 5-də Antalyada keçirilən Azərbaycanlı Ziyalıları Forumunda iştirak edən yəhudi diaspora təşkilatlarının rəhbərləri ilə müzakirədə əldə olunub.


Cənab İbrahimovun sözlərinə görə, 20-ci əsrin əvvəllərində Qubada yaşayan 3 mindən artıq yəhudinin ermənilər tərəfindən qətlə yetirilməsini əks etdirən faktlar da muzeydə yerləşdiriləcək.


Komitə sədri deyir ki, vaxtilə Azərbaycanda yaşamış yəhudilərin böyük bir konqresinin yaradılması da qərara alınıb.


Nazim İbrahimov bildirir ki, ABŞ-ın ayrı-ayrı şəhərlərində yeni Azərbaycan təşkilatları təsis olunacaq. Bundan sonra, Azərbaycan və Türkiyə diaspora təşkilatları bir-birinə mane olmamaq şərtilə birlikdə fəaliyyət göstərəcəklər.
XS
SM
MD
LG