Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:43

«Ermənistanla sərhəd qapısı olan dövlətdə qalmaram»


Mübariz Mənsimov: «Azərbaycanın Türkiyədən başqa kimi var ki? Türkiyənin Azərbaycana arxasını çevirməməsi lazımdır»
«Ermənistanla sərhəd qapısı olan dövlətdə qalmaram, Türkiyədəki şirkətimi bağlayaram. Bu vəziyyət digər azərbaycanlı investisiya yatırımçıları üçün də keçərlidir».

Türkiyədə yaşayan azərbaycanlı iş adamı «Palmali» Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov «Hürriyyət» qəzetinə belə deyib.

Türkiyə-Ermənistan sərhədinin açılması ehtimalına toxunan iş adamı «Panikaya gərək yoxdur. Baş nazir Ərdoğan da söylədiyi kimi əvvəlcə Qarabağ problemi həll olunacaq, sonra sərhəd açılacaq» deyib.

Mənsimov Türkiyə və Azərbaycanın «İki dövlət, bir millət» olduğunu yenidən xatırladıb:

«Azərbaycanın Türkiyədən başqa kimi var ki? Türkiyənin Azərbaycana arxasını çevirməməsi lazımdır. 16 il öncə sərhədin bağlanmasının ən böyük səbəbi Qarabağ problemi idi. Yalnız son 2 ildə Türkiyəyə gələn Azərbaycan yatırımı 10 milyard dolları keçir. «Petkim»də «Socar», mənim şirkətim «Palmali» kimi çoxlu sayda Azərbaycan qrupu və iş adamının Türkiyədə böyük yatırımları var. Türk şirkətləri və iş adamları da Azərbaycanda böyük işlər görür, milyard dollarlıq qazanclar götürür. Ermənistanla sərhəd qapısı olan dövlətdə qalmaram, Türkiyədəki şirkətimi bağlayaram. Bu vəziyyət digər azərbaycanlı investisiya yatırımçıları üçün də keçərlidir. Amma Qarabağ problemi həll olunsa, həm Türkiyə, həm də Azərbaycan tərəfindəki sərhəd açılsa bu, Ermənistan da daxil olmaqla hər kəs üçün yaxşı olar».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG