Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:56

Günah bəbirdə deyil, insanda olub


Bəbir olduğu güman edilən heyvan gəncin üzünü və bədəninin bəzi hissələrini parçalayıb

Bəbir olduğu güman edilən heyvan gəncin üzünü və bədəninin bəzi hissələrini parçalayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprelin 9-da Cəlilabad rayonunda insanlara hücum edən bəbirlə bağlı məlumat yayıb.

Nazirlik müəyyən edib ki, yırtıcı heyvanın hücumunun səbəbkarı növbəti dəfə insan olub. Hətta şahidlərin dediklərinə və hücumun xüsusiyyətinə görə həmin yırtıcının bəbir olması da şübhə doğurur.

Nazirlikdən verilən məlumatda bildirilir ki, bəbir insanlara çox nadir hallarda hücum edir:

«Yırtıcı heyvanların duyğu orqanları insandan daha güclü olduğundan, onlar insanı uzaqdan hiss edir və onunla qarşılaşmaqdan yayınırlar. Əksər hallarda isə bu hücumların səbəbkarı bilavasitə insanın davranışı və ya «təxribatı» olur. Adətən belə hallar insanın yırtıcıya uğursuz atəş açması nəticəsində baş verir. Yaralı heyvanlar uzun müddət keçdikdən sonra da təhlükəli olurlar. Belə ki, ov etmək qabiliyyətini itirmiş bu heyvanlar aqressivləşərək bəzi hallarda insana da hücum edirlər. Nəticədə həmin heyvanlar insanlara aqressiv olaraq təqdim edilir və onların ovuna başlanılır. Məhz bu cür səbəblərdəndir ki, respublikamızın faunasına daxil olan bir çox vəhşi heyvan növlərinin nəsli artıq tükənmək təhlükəsindədir. Hal-hazırda bir sıra yırtıcı növlər - bəbir, vaşaq, zolaqlı kaftar və otyeyən növlər bu təhlükə ilə üz-üzədir».

Nazirlik vətəndaşları nadir fauna növü olan bəbir və digər unikal bioloji sərvətlərin mühafizəsinə dəvət edir.

Aprelin 9-da Cəlilabad rayonunun Gülməmədli kənd sakini Zahid Şakir oğlu İsgəndərov qoyun otararkən vəhşi heyvanın hücumuna məruz qalıb. Bəbir olduğu güman edilən heyvan gəncin üzünü və bədəninin bəzi hissələrini parçalayıb. 17 yaşlı yeniyetmənin vəziyyəti orta ağırdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG