Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:38

“Ayna”: “İşğal olunmuş ərazilərə xarici şirkətlərin investisiya qoyuluşu artıb”


“525-ci qəzet”in əməkdaşı bu gün Parisdə ATƏT Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Vardan Oskanyanla keçiriləcək görüşünü şərh edib. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadənin bildirdiyinə görə, görüşün təşəbbüskarı Minsk “üçlüyü”dür və vasitəçilər nazirlərlə sülh prosesində yaranmış vəziyyəti müzakirə etmək niyyətindədirlər. Müəllifin fikrincə, vasitəçilərin Buxarest danışıqlarından bir həftə sonra Xarici İşlər nazirlərini bir araya gətirməsi ona işarədir ki, onlar sülh prosesinin dalana girə biləcəyindən ciddi narahatdır və yaxın aylarda heç olmasa bu ilin sentyabrında gözlənilən MDB sammiti çərçivəsində prezidentlərin daha bir görüşünə nail olmaq istəyirlər.


“Bakı-Xəbər” qəzetinin əməkdaşı yazır ki, uzun müddətdir ki, döv­lət baş­çı­sı­nın, il­kin ola­raq, Mi­sir Mər­da­no­vu kö­nül­lü is­te­fa­ya gön­də­rə­cə­yi göz­lə­ni­lir. La­kin re­al və­ziy­yət­də İl­ham Əli­ye­vin bu mə­sə­lə­də qar­şı­sı­nı kə­sən əsas amil Təhsil nazirinin mən­sub ol­du­ğu re­gi­on­dur. Keç­miş Sə­hiy­yə na­zi­ri Əli İn­sa­no­vun döv­lət çev­ri­li­şin­də it­ti­ham edi­lə­rək həb­sə alın­ma­sın­dan son­ra, on­suz da əslən Ermənistandan olanların bö­yük ək­sə­riy­yə­ti ha­ki­miy­yət­dən na­ra­zı qal­dıq­la­rı­nı giz­lət­mir. Mi­sir Mər­da­no­vun da ya­xın za­man­da is­te­fa­ya gön­də­ril­mə­si, ekspertlə­rin rə­yin­cə, həmin regiondan olanların ha­ki­miy­yə­tə qar­şı da­ha ak­tiv möv­qe­dən çı­xış et­mə­si­nə gə­ti­rib çı­xa­ra­caq.


“Ayna” qəzeti xəbər verir ki, Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətlərin istismar olunması məqsədi ilə xarici şirkətlərin investisiya qoyuluşu artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, təkcə 2001-2003-cü illərdə separatçı “Dağlıq Qarabağ Respublikası”nın iqtisadiyyatının dirçəlməsinə 35 mln. dollar məbləğində investisiya qoyulub. Bu məbləğin 25 mln. dolları xarici, 5 mln. dolları isə Ermənistanın və bu qədər də Qarabağda yaşayan iş adamlarının payına düşür. Hazırda ABŞ, Kanada, Fransa, Avstraliya, İsveçrə, Livan, Rusiya və Ermənistanda yaşayan Qarabağ erməniləri tərəfindən Dağlıq Qarabağa investisiyalar daxil olmaqdadır.


XS
SM
MD
LG