Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:04

Tikinti şirkətinin rəhbəri şübhəli şəxs qismində saxlanıb


«Tac-Mahal» tikinti şirkətinin rəhbəri və icraçı direktoru şübhəli şəxs qismində saxlanıb

«Tac-Mahal» tikinti şirkətinin rəhbəri və icraçı direktoru şübhəli şəxs qismində saxlanıb

«Tac-Mahal» tikinti şirkətinin rəhbəri Ruslan Əkbərov və icraçı direktor Ağasəf Əbdülrəhmanov şübhəli şəxs qismində saxlanıb. Onlar aprelin 9-da iş zamanı xəsarət alan fəhlə Xanlar Mustafayevin ölümüylə bağlı saxlanıblar.

Bakının Nəsimi rayon prokurorluğunun müstəntiqi Azər Əmirov «Azadlıq» radiosuna bildirib ki, saxlanan şəxslər öz ilkin ifadələrində izi itirmək üçün yaralı fəhləni tikinti ərazisindən uzaqlaşdırıb zibilliyə atdıqlarını təsdiqləyiblər.

Faktla bağlı Cinayət Məcəlləsinin əmək mühafizəsi qaydalarını pozma və təhlükədə qoyma maddələri ilə cinayət işi açılıb. Prokurorluqdan bildirirlər ki, bir neçə gün komada qalan Xanlar Mustafayev vəfat etdiyi üçün cinayət işi başqa maddəyə tövsif oluna bilər.

Xanlar Mustafayev huşsuz halda tapılıb və Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, aprelin 13-də o vəfat edib. DİN-in rəsmi məlumatında X.Mustafayevin yeni tikilən binanın liftindəki şaxtaya düşdüyü bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG