Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:51

«Şərq Əməkdaşlıq Proqramı»na həsr olunmuş konfrans keçirilir


Aprelin 14-də Brüsseldə Avropa Birliyinin Azərbaycana da təklif etdiyi Şərq Tərəfdaşlıq proqramına həsr olunmuş konfrans keçirilir. Konfransın məqsədi may ayında Praqada keçiriləcək Avropa Birliyinin sammitinə hazırlıq məqsədi daşıyır.

Azərbaycanı görüşdə Azərbaycanın Avropa Birliyindəki daimi nümayəndəliyinin rəhbəri, səfir Emin Eyyubov təmsil edir.

Avropa Birliyinin Şərq Əməkdaşlıq Proqramına Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, Azərbaycan və Belarus dəvət olunub.

Avropa Birliyi proqrama qoşulan ölkələrə 2013-cü ilə qədər hissələrlə 450 milyon avrodan başlamış 785 milyon avroya qədər yardım verəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG