Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:27

Pilotu ölən təyyarəni sərnişinlərdən biri yerə endirib


ABŞ-da 5 nəfərlik kişik şərnişin təyyarəsinin pilotu uçuş zamanı qəfildən dünyasını dəyişib. 2 motorlu Kinq Air təyyarəsi Florida Ştatındakı “Marco İsland” qəsəbəsindən havaya qalxıb.

Amerika Federal Aviasiya Təşkilatının sözçüsü Katlin Begrenin sözlərinə görə, təyyarənin göyərtəsində 5 sərnişin olub. Təyyarənin pilotu havaya qalxandan qısa bir müddət sonra qəfildən dünyasını dəyişib. Daha öncə birmotorlu təyyarələri sürmək üçün bir iki dərs alan sərnişinlərdən biri dərhal pilotun yerinə keçib. Və yerüstü dispetçer xidməti ilə əlaqəyə girməyi bacarıb.

Bergenin sözlərinə görə, bəxtsizlikdən həyacan siqnalına ilk cavab verən dispetçer xidmətində də bu tipli təyyarənin necə idarə olunduğunu bilən olmayıb. Amma həmin dispetçer Şimal-Şərqdəki Konnektituk Ştatından özünün tanışı olan təyyarə sürmə təlimi keçən bir müəllimi telefonla arayb.

Bu müəlimin dediklərini sərnişinlərə ötürən dispetçerlərin səyi nəticəsində 40 dəqiqə sonra sərnişin təyyarəni Fort Mayersdəki uçuş zolağına qəzasız şəkildə endirməyi bacarıb.

Hələ ki, pilotun ölüm nədəni açıqlanmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG