Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:03

Banqkokda nümayişçilər hökumət evinin mühasirəsini dayandırıb


Hökumət əleyhinə nümayişçilər Banqkokda hökumət evinin mühasirəsini dayandırıb. Nümayişçilər martın 26-dan hökumət evini mühasirədə saxlayırdı.

Aksiya liderləri bildiriblər ki, onlar insanları təhlükəsizlikləri üçün geri çağırırlar.

İki gündür Banqkokda polislə nümayişçilər arasında qarşıdurma olub, 2 nəfər həlak olub, 120-dən artıq insan yaralanıb.

Müxalifət tərəfdarları 2006-cı ildə hərbi çevrilişlə devrilən Baş nazir Thaksin Şinavatranın hakimiyyətə qaytarılmasını tələb eləyirlər. Onlar hazırkı Baş nazir - Abhisit Vejjajivanın qanunsuz yolla hakimiyyətə gəldiyini deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG