Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:14

«İranın nüvə proqramı sülh məqsədi daşıyır»


İranda prezidentliyə namizəd Mir-Hüseyin Musəvi İranın uranı zənginləşdirməyi dayandıracağını istisna edib. Financial Times qəzetinə müsahibəsində Musəvi bildirib ki, İranda heç kim qərbin tələbi ilə uranı zənginləşdirməyi dayandırmağı qəbul etməyəcək.

Bununla belə o deyib ki, əgər prezident seçilərsə, İranın nüvə proqramının dinc məqsədli olacağının zəmanətini təqdim edəcək. 1980-ci illərdə İranın baş naziri olan Musəvi hazırki prezident Mahmud Əhmədinejatın əsas rəqibi hesab olunur.

İranda prezident seçkiləri iyun ayında keçiriləcək.

Qərb İranı nüvə silahı hazırlamaqda ittiham edir, İransa nüvə proqramının dinc məqsədli olduğunu və yalnız elektrik istehsalı üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG