Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:09

Obama dəniz quldurluğunun qarşısını almaq üçün müttəfiqlərlə işləyəcək


ABŞ prezidenti Barak Obama söz verib ki, Afrika sularında dəniz quldurluğunun artmasının qarşısını almaq üçün müttəfiqləri ilə işləyəcək.

Aprelin 13-ü Vaşinqtonda çıxış edən Obama əmin edib ki, dəniz quldurları elədikləri hərəkətin cavabını alacaqlar.

Obamanın bu bəyanatından 1 gün qabaq Amerikanın hərbi gəmisi Somali sularında Amerikanın yük gəmisini dəniz quldurlarından azad edib. Bu zaman 3 quldur öldürülüb.

Son aylar ərzində dəniz quldurları onlarla gəmi, tanker ələ keçirib.
XS
SM
MD
LG