Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:45

Şimali Koreya 6 tərəfli danışıqları tərk edir


Şimali Koreya BMT Təhlükəsizlik Şurasının nüvə tərk-silahıyla bağlı 6 tərəfli danışıqları tərk elədiyini bəyan edib.

Koreyanın rəsmi xəbər agentliyi yazıb ki, Pxenyan Təhlükəsizlik Şurasının bəyanatına etiraz olaraq nüvə araşdırmalarını davam etdirəcək.

BMT Təhlükəsizlik Şurasının 15 üzvünün qəbul etdiyi bəyanat Şimali Koreyanı raket buraxılışına görə pisləmişdi. Şura Pxenyandan tələb edirdi ki, yeni raket sınaqlarından əl çəksin.

6 tərəfli danışıqlar Şimali və Cənubi Koreyanın, Rusiya, Yaponiya və ABŞ-ın iştirakı ilə keçirilməli idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG