Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:13

Fermerlər əkib-becərdikləri torpağın tərkibini daha dəqiq öyrənə biləcəklər


Artıq Azərbaycanın qərb bölgəsinin sakinləri əkib-becərdikləri torpağın tərkibini daha dəqiq öyrənə biləcəklər. Gəncə Layihə-Axtarış Kənd Təsərrüfatı Kimyalaşdırılması Stansiyası bu imkanı yaradacaq yeni müasir aqro-kimyəvi laboratoriya avadanlığı alıb.


Stansiyanın rəhbəri Arzu Qarayevin «Azadlıq» radiosuna verdiyi məlumata görə, indiyədək onlar istifadə müddəti çoxdan başa çatmış avadanlıqdan istifadə edirdilər ki, bu da tədqiqatın daha geniş miqyasda aparılmasına mane olurdu: «İndi imkanımız olacaq ki, gün ərzində 500-600 torpaq nümunəsini tədqiq edək. Fermer torpağın tərkibində çatışan və çatışmayan elementlər barədə məlumatlı olmalıdır ki, onu vaxtlı-vaxtında və qədərində gübrələsin və bol məhsul alsın».


Arzu Qarayev deyir ki, bir əkin sahəsindən götürülən nümunə 3 ildən bir tədqiq edilməlidir. Amma cənab Qarayevin sözlərinə görə, qərb bölgəsində yüzlərlə torpaq sahəsi illərdir tədqiq olunmur və bu da məhsuldarlığa öz mənfi təsirini göstərir. «Türkiyədən gətirilmiş laboratoriya avadanlığı bizim fermerlərin ixtiyarındadır» deyən Arzu Qarayev onu da əlavə etdi ki, torpaq nümunəsinin tədqiqi pulsuzdur.


Günün bütün mövzuları

XS
SM
MD
LG