Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:30

Xəzərin statusuyla bağlı müzakirələr başlayır


Aprelin 14-də Moskvada Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə beş Xəzəryanı dövlətin işçi qruplarının növbəti iclası keçiriləcək.

Azərtacın yaydığı məlumata görə, görüşdə Konvensiya layihəsinin mətni və bir sıra razılaşdırılmayan müddəalar müzakirə ediləcək.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun rəhbəri Xələf Xələfov başçılıq eləyir. İclas iki gün davam eləyəcək.

X.Xələfov səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirəcək.
XS
SM
MD
LG