Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:52

Zimbabve milli valyutasını ləğv eləməyə hazırlaşır


Zimbabve hakimiyyəti ölkənin milli valyutasını- "Zimbabve dolları"nı azı bir illiyinə tədavüldən çıxarmağa hazırlaşır.

Son illərdə Zimbabve iqtisadiyyatı ciddi böhran keçirir. Burda illik inflyasiya kvadrilyon faizlərlə ölçülür, ölkə əhalisinin 90 faizi isə işsizdir.

Ökənin baş naziri deyib ki, Zimbabvedə normal istehsal başlamayana və işlək iqtisadiyyat yaranmayana qədər milli valyuta saxlamağa imkanları və vəsaitləri yoxdur.

Zimbabvedəkı hesablaşmalarda artıq əsasən qonşu ölkələrin valyutaları və ABŞ dollarından istifadə edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG