Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:38

Ermənistan prezidenti Tehranda danışıqlara başlayıb


Ermənistan Prezidenti Serj Sarkisyan aprelin 13-də İrana rəsmi səfərə gəlib. İranın İRNA agentliyinin məlumatına görə, Sarkisyanın səfəri iki gün davam eləyəcək.

Səfər zamanı Ermənistan prezidenti İranın Ali Dini Lideri Ayətullah Xameneyi, Prezident Mahmud Əhmədinejat, Parlamentin spikeri Əli Laricani və Ali Təhlükəsizlik Şurasının Katibi Səid Cəlili ilə görüşəcək.

Səfər zamanı bir neçə ikitərəfli sazişin və iqtisadi müqavilənin, o cümlədən dəmiryol daşımaları barədə sazişin imzalanması nəzərdə tutulub.
2008-ci ilin Noyabr ayında Tehranla Yerevan arasında təhlükəslzik, siyasi və iqtisadi sahələrdə əməkdaşlıqla bağlı 10 ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanmışdı.
XS
SM
MD
LG