Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:35

Amerikalı diplomatın təyyarəsi havaya qalxarkən atəşə tutulub


Somalinin paytaxtı Moqadişunun hava limanı Amerikalı konqresmenin təyyarəsi hava qalxan zaman minatanlardan atəşə tutulub. ABŞ-ın Nyu Cersi ştatından olan Demokrat senator Donald Peynin təyyarəsi heç bir xəsarət almadan havaya qalxa bilib. Polisin veridiyi məlumata görə 6 mərmidən heç biri uçuz zolağına düşməyib.

Donald Peyn Somaliyə mərkəzi hpkumətlə məsələhətləşmələrə gəlmişdi. Somalidə vəziyyəti normallaşdırmaq üçün ABŞ-ın görə bilcəyi tədbirləri müzakirə edən senator Nümayəndələr Palatasının Xarici Əlqalər komitəsinin Afrika üzrə nümayəndəsidir.


1990-cı illərin əvvəlindən başlayaraq Somalini vətəndaş müharibəsi bürüyüb. Ölkədə hakimiyyəət tez-tez dəyişir. İslamçı yaraqlılar ölkənin mərkəzi və cənubuna, həmçinin paytaxt Moqadişunun da bəzi rayonlarına nəzarət eləyir.

Bu səfərdən bir müddət öncə Amerika hərbi dəniz piyadaları daha öncə Somalili dəniz quldurları tərəfindən girov götürülən ABŞ yük gəmisinin kapitanını azad eləmişdilər. Xüsusi əməliyyat vaxtı 4 quldurdan 3-ü öldürülmüş, biri isə yaralanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG