Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:03

Tailandda orduyla müxalifət arasındakı toqquşmalarda ölənlər də var


Tailand ordusu etirazçılarla paytaxt Banqkokda keçə toqquşmaları bu gün daha sərt xarakter alıb.

Əsgərlər dəyənəklər, gözyaşardıcı qaz qumbaralarından istifadə eləməklə və havaya atəş açmaqla müxalifət tərəfdarlarını dağıtmağa çalışıblar. Əldəqayırma yandırıcı kokteyllər və daşlarla silahlanan etirazçılar isə avtobusları yandırmaq və polisi daş-qalaq eləməklə cavab verirlər.

Rəsmilər bildiriblər ki, toqquşmalarda 70 nəfər yaralanıb, 2 nəfərsə həlak olub.

Orduya asayişi bərpa eləmək əmri verilib, eyni zamanda ölkə rəhbərliyi əhalini sakitliyə çağırıb.

Bİr çox dünya ölkələri öz vətəndaşlarını Tailanndan geri qayıtmağa və küçəyə çıxmamağa çağırıb.

Etirazlar üzündən ölkədə ASEAN ölkələrinn samiiti pozulandan və xarici ölkə liderləri Patayya şəhərindən çıxarılandan sonra Tailandda fövqəladə vəziyyət élan olunub.

Müxalifət tərəfdarları 2006-cı ildə hərbi çevrilişlə devrilən Baş nazir Thaksin Şinavatranın hakimiyyətə qaytarılmasını tələb eləyirlər.
XS
SM
MD
LG