Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:52

Bakının İnkişaf Planı 30-dan çox şirkəti maraqlandırıb


Böyük Bakının Regional İnkişaf Planının hazırlanmasına 5 milyon dollar ayrılıb

Böyük Bakının Regional İnkişaf Planının hazırlanmasına 5 milyon dollar ayrılıb

Xəbər verdiyimiz kimi, martın 12-dən Böyük Bakının Regional İnkişaf Planının icrasıyla bağlı tenderdə iştirak etmək üçün ərizə qəbuluna başlanmışdı. Artıq ərizə qəbulu başa çatıb. Bu xəbəri «Azadlıq» radiosunun «Can Bakı» proqramına Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev verib:

«Bir ay davam edən tenderə dünyanın 16 ölkəsinin 30-dan artıq firmasından təkliflər daxil olub. Onların arasında yerli firmalar da var. Sənədlər həm elektron, həm də adi formatdadır».

Şöbə müdirinin sözlərinə görə, təkliflərin öyrənilməsi ən azı bir ay çəkəcək. Çünki hər bir sənəd xüsusi araşdırma tələb edir:

«Onların içərisindən ən peşəkar, qarşıya qoyulan məsələlərin həllində yetərincə səriştəsi olan və beynəlxalq standartlarla işləməyi bacaran 6 şirkət seçiləcək. Sonuncu mərhələdə qalib şirkətə Böyük Bakının İnkişaf Planının gerçəkləşdirilməsi həvalə olunacaq».

Cahangir Qocayev İnkişaf Planını «Azərbaycan paytaxtının gələcək taleyi ilə bağlı çox önəmli məsələ hesab etdiyini və bu planının necə gerçəkləşməsinin həm bakılıların, həm də idarəetmə orqanlarının marağında olduğunu» vurğuladı.

Xatırladaq ki, Böyük Bakının Regional İnkişaf Planının hazırlanmasına 5 milyon dollar ayrılıb. Vəsaitin 4 milyonunu Dünya Bankı, 1 milyonunu isə Azərbaycan hökuməti ödəyəcək.

Şərhləri göstər

XS
SM
MD
LG