Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:15

Milli Bankın keçmiş sədri 850 milyon dolları öz şirkətinə ötürüb


Tacikistan Mərkəzi Bankının keçmiş sədri 850 milyon dolları mənimsəməkdə ittiham olunur.Aprelin 13-də Tacikistanın Mərkəzi Bankı “Ernst & Young” Müstəqil Auditor Şirkətinin hesabatını açıqlayıb. Həmin hesabata görə, Mərkəzi Bankın keçmiş Direktoru külli-miqdarda dövlət vəsaitini öz ailəsinə məxsus şirkətin hesabına köçürüb.

Hesabatda qedy olunur ki, Tacikistan Mərkəzi Bankının keçmiş direktoru Murodali Alimardonovun sərəncamıyla dövlətin 850 milyon dolları “Center İnvest” şirkətinə ötürülüb.

Asoşeyted Press agentliyinin audit şirkətinə istinadən yaydığı xəbərə görə, yoxlamalar zamanı 2004-2007-ci illər arasında Tacikistanın pampıq sənayəsinə ayrılan investiyaların da hara xərcləndiyi tapılmayıb.

“Ernst & Young” audit şirkətinin hesabatında adı çəkilən Tacikistan Mərkəzi Bankının keçmiş derektoru Murodali Alimardonov ötən ildən baş nazirin birinci müavini vəzifəsində fəaliyyət göstərir.
XS
SM
MD
LG