Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:24

İnqilabi hərəkatın başlanğıcı


«Moldovadakı anti-kommunist forumu demokratik, liberal və gənc partiya yaradacaq»

«Moldovadakı anti-kommunist forumu demokratik, liberal və gənc partiya yaradacaq»

«Bizim hazırda Kişinyovda gördüklərimiz inqilabi hərəkatın başlanğıcıdır. Mən bunu ona görə vurğulayıram ki, inqilablar artıq çoxdan məhv olmuş, lakin məhvinin reallığı ilə barışmaq istəməyən siyasi sistemə qarşı çıxmaq üçün yeganə vasitədir.

Moldova Respublikasındakı siyasi rejim məhz elə buna misaldır. Ölkə uzun illər boyu Leninizm formatının islahatsız Moldova Kommunist Partiyası (MKP) tərəfindən idarə olunub. Mən bəzi təhlilçilərin o fikri ilə razılaşmıram ki, bu partiya yalnızca adı ilə kommunistdir».

Vladimir Tismaninu məqaləsində belə deyir. Vladimir Tismaninu Meriland universitetində Hökumət və Siyasət departamentinin professorudur.

Müəllifin fikrincə, MKP-nı klassik mənada kommunist olduğunu qiymətləndirmək cəfəngiyat olardı. Çünki 1991-ci ildə Sovet hökuməti dağılandan sonrakı son 20 ildə bir çox şeylər radikal dəyişikliyə məruz qalıb. Yazıda bildirilir ki, MKP-ın motivasiyasına nəzər salsaq görərik ki, bu partiya Leninizm keçmişinin nostalgiyası ilə yaşayır. Ölkəni idarə edən Vladimur Voroninin rəhbərlik etdiyi kommunistlər Sovet dövrünün uğurlu geneoloji xələfidir. Bu bir faktdır, cənab Vorinin özü dəfələrlə bunu etiraf edib.

Mən Moldovadakı hərəkat haqqında bir neçə məqamı qeyd etmək istərdim. İlk olaraq bu 1989-cu il Mərkəzi və Şərqi Avropada yaranan inqilabların davamıdır. Həmin hadisələrdən 20 il sonra keçmiş Sovet respublikalarında liberal anti-kommunizmlə səciyyələnən hərəkatlar müşahidə edirik. Müasir liberallığın əsas və vacib prinsipi də hər bir vətəndaşın, fərdin hüquqlarının tanınmasıdır. Nümayişçilərin həm öz ölkələrinə, həm də Avropaya mesajı anti-kommunizmdir.

Moldovadakı demokratiya uğrunda hərəkatı ölkəni hara aparır? Bu onun özünü hansı səviyyədə təşkilatlanmadan asılı olacaq. Moldova məsələsi 1989-90-cı illərdə keçmiş Çexoslovakiyadakı vətəndaş forumundakı kimi yeni sosial hərəkatlar kateqoriyasına aiddir.

Moldovada inqilabı hərəkat bir neçə yeni siyasi partiyanın yaranmasına da yol açacaq. İnanıram ki, Moldovadakı anti-kommunist forumu demokratik, liberal və gənc partiya yaradacaq. İnanıram ki, Kişinyovun küçələrini və Milli Assambleya meydanını tutanlar sadəcə həqiqətdə yaşamağı tələb edən insanlardır, onlar riyakarlığın əleyhinədirlər.

Bu etiraz tezliklə sona yetməyəcək. Avqustun 23-ü utandırıcı Molotov-Ribbentrop sazişinin 70-ci ildönümünün yaxınlaşması yoldaş Voronin və onun neo-Leninizm rejiminə qarşı müxalifətin etirazını daha da artıracaq. 20-ci əsr totalitar rejimin qurbanlarının xatirəsi Moldovada demokratiya və azadlıq uğrunda vuruşanların siyasi iradəsini daha da gücləndirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG