Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:28

Cəlilabadlılar bəbiri axtarırlar


Sol gözü, başı, aşağı və yuxarı ətraflarından xəsarət alan Z.İskəndərov Cəlilabad rayon mərkəzi xəstəxanasına yerləşdirilib

Sol gözü, başı, aşağı və yuxarı ətraflarından xəsarət alan Z.İskəndərov Cəlilabad rayon mərkəzi xəstəxanasına yerləşdirilib

Vəhşi bəbirin hücumuna məruz qalmış Cəlilabad rayonunun Gülməmmədli kənd sakini 17 yaşlı Zahid İskəndərovun vəziyyəti orta ağırdır. Bu barədə «Azadlıq» radiosuna həkimlər xəbər verib. Zahid İskəndərov özü isə səhhətinin qənaətbəxş olduğunu bildirib.

Hadisə kəndin kənarındakı meşə massivində aprelin 9-da saat 4-də baş verib. Zahid İskəndərov bir neçə başqa gənclə birgə kəndin kənarında gəzdiyi zaman bəbirin onlara tərəf gəldiyini görüb. İskəndərovun sözlərinə görə, bəbirə daş atıblar ki, onlara yaxınlaşmasın. Amma, görünür, bu tədbir təsirli olmayıb.

Sol gözü, başı, aşağı və yuxarı ətraflarından xəsarət alan Z.İskəndərov Cəlilabad rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
İskəndərovun həmkəndliləri isə bəbiri zərərsizləşdirmək üçün axtarışa başlayıblar. Hələ ki, axtarışlar bir nəticə verməyib.

Qafqaz bəbirinin yer üzündən silinməsinin qarşısını almaq məqsədilə yaradılmış «Hirkan» qoruğunda bu axtarışlardan narahatdırlar.

Qafqaz bəbiri
«Hirkan» qoruğunun məsul işçisi Ramazan Bünyadov deyir ki, qoruqda 6 Qafqaz bəbiri var. Lakin bu bəbirlər Z.İskəndərovun hücuma məruz qaldığı əraziyə gedə bilməzdi, çünki nəzarətdədirlər.

Ramazan Bünyadovun sözlərinə görə, İranın Cəlilabad rayonu ilə həmsərhəd bölgələrində də qoruq yerləşir. O ehtimal edir ki, Z.İskəndərova hücum edən bəbir yerli deyil, gəlmə imiş.

Gülməmmədli kənd sakinləri deyirlər ki, ev heyvanları bəbir hücumuna məruz qalanda qoruq rəhbərliyi onlara kompensasiya ödəyir. Amma kəndlilər insanların hücuma məruz qaldığı hallarda hansı tədbirlərin görülməli olduğundan xəbərsizdirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG