Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:05

Borclu abonentlərin işığı kəsilməyə başlanıb


Paytaxtdakı borclu abonentlərin sayı sabah məlum olacaq

Paytaxtdakı borclu abonentlərin sayı sabah məlum olacaq

Aprelin 13-ü saat 15-00-dan borclu abonentlərin işığı kəsilməyə başlayıb. «Bakıelektrikşəbəkə»nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyir ki, artıq bundan ötrü 200-dək əməkdaş ayrılıb:

«İşıqpulunu vaxtında verməyənlərin qısa zamanda borcu ödəmələri məsləhətdir. Çünki işıq kəsiləndən sonra onun bərpası problemi yaranır. Buna işə 2-3 gün vaxt sərf edilir».

Onun sözlərinə görə, paytaxtdakı işıqpulu ödəməyən abonentlərin sayı sabah məlum olacaq.

Tanrıverdi Mustafayev deyir ki, hazırda borcların sürətlə ödənilməsi müşahidə olunur:

«Bakıelektrikşəbəkə maksimum çalışır ki, bu prosesdən borcu olmayan abonentlər zərər çəkməsin. Təəssüf ki, bəzən belə hallar olur. Ancaq tez də aradan qaldırılır»-, deyə T.Mustafayev bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG