Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:48

Türkiyənin millət vəkilləri Bakıya gəlir


Aprelin 14-dən 15-nə keçən gecən Türkiyə Böyük Millət Məclisində təmsil olunan 3 partiyanın bir qrup təmsilçisi Bakıya gəlir. Artıq Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyalarından gözlənilən nümayəndələrin adları məlumdur. Hakim AKP-dən kimlərin gələcəyi isə bu gün bəlli olacaq.

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı deyir ki, qonaqlar onun rəhbərlik etdiyi partiya ilə yanaşı parlamentdə təmsil olunan BAXCP, VHP, Böyük Quruluş və Ədalət partiyalarının dəvəti ilə aprelin 15-də keçiriləcək forumda iştirak etmək üçün gəlirlər.

«Türkiyə və Azərbaycan, ortaq maraqlar və problemlər» mövzusuna həsr olunan forumda başlıca məqsəd Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı son vaxtlar yayılan ziddiyyətli məlumatların və bütövlükdə bu məsələnin geniş müzakirəsidir.

Parlamentarilər Azərbaycan torpaqları işğaldan azad edilmədən bu addımın atılmasının doğura biləcəyi ciddi fəsadlardan danışacaqlar.

AVP sədri deyir ki, bu, emosiyalardan uzaq, arqumentlərə söykənən fikir mübadiləsi olacaq və sonda forumun bəyanat qəbul edəcəyi də istisna deyil.

Aprelin 16-da forumla bağlı mətbuat konfransı keçiriləcək. Türkiyəli deputatlar aprelin 17-də Bakıdan Ankaraya yola düşəcəklər.
XS
SM
MD
LG