Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:12

Bakıda Türkiyə səfirliyi qarşısında etraz aksiyası keçirilib


Aprelin 13-də, Bakıda Türkiyənin Azərbaycandakı səfirliyi qarşısında etraz aksiyası keçirilib. “Turan” agentliyinin verdiyi xəbərə əsasən, aksiya iştirakçıları Türkiyə-Ermənistan sərhəddinin açılmasına etraz ediblər.

Aksiyada 30 yaxın adam iştirak edib. Onlar “Türkiyə, Azərbaycanı və Qarabağı unutma!”, “Türkiyə, sərhəddləri açma” və sair şüarlar qaldırıblar.

Etiraz aksiyasının “İrevanın Azadlığı təşkilatı” tərəfindən keçirildiyi bildirilir. Təşkilatın nümayəndəsi Ceyran Ansarova aksiya içtirakçılarının yekun qətnaməsini Türkiyə səfirliyinin nümayəndəsinə təqdim edib.

Aksiya sakit keçib, polis onun gedişinə müdaxilə etməyib.

“Irəvanın Azadlığı Təşkilatı” əslən Ermənistandan olan azərbaycanlılar tərəfindən yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG