Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:13

AQO Monitorinq Qrupu Bakıya gəlir


İyunun 13-də Avropa Şurası Nazirlər Komitəsinin AQO Monitorinq Qrupu Bakıya gəlir. Missiyanın məqsədi Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərini necə yerinə yetirdiyini öyrənməkdir.


AQO Qrupunun üzvləri siyasi partiyalar, qeyri-hökumət təşkilatları, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşəcək, Xarici İşlər, Ədliyyə nazirliklərində olacaq. Missiyanın prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, iyunun 14-də isə prezident İlham Əliyevlə görüşü planlaşdırılır.


Məlumatı «Azadlıq» radiosuna AŞ Baş katibinin Bakıdakı xüsusi nümayəndəsinin ofisindən veriblər.


AQO Qrupunun məqsədi Cənubi Qafqaz respublikalarının AŞ qarşısında öhdəliklərinin monitorinqini aparmaqdır. Qrup italiyalı deputat Petro Erkole Aqonun şərəfinə belə adlandırıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG