Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:29

Tailandda etiraz nümayişlərin də 70 adam yaralanıb


Tailandda hökumət əleyhinə nümayişlərdə 70 adam yaralanıb.

Verilən məlumata görə Banqkoqda atışma səsi eşidilib və nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə olunub. Buna cavab olaraq isə nümayişçilər polisə daş və butulka atıblar.

Nümayişçilər kurort şəhəri Patayyada ASEAN ölkələrinin sammitini də pozduqdan sonra ölkənin baş naziri Abhisit Vetçaçiva fövqəladə vəziyyət elan edib. Sammitə gəlmiş liderlər vertalyotlarla şəhərdən çıxarılıb.

Müxalifət tərəfdarları keçmiş baş nazir Taksin Şinavatranın geri qaytarılmasını tələb edirlər. O, 2006-cı il hərbi çevriliş zamanı vəzifəsindən kənarlaşdırılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG