Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:31

Tbilisidə bayrama görə mitinqə az adam gəlib


Gürcü müxalfəti aprelin 13-də kütləvi aksiyalarını davam etdirəcək. Aprelin 12-də Pasxa bayramı ilə əlaqədar olaraq Tbilisdəki aksiyaya xeyli az adam yığışıb. Azadlıq Radiosunun müxbiri onların sayının min nəfərə yaxın olduğunu bildirir.

Müxalifətçilər aprelin 11-də axşam tərəfdarlarının hücuma məruz qalmasını və səsucaldan avadanlıqlarının sındırılmasını müzakirə ediblər. Gürcüstanın daxili işlər nazirliyi isə həmin ərazidəki təhlükəsizlik kameralarının çəkdiklərinin araşdırılacağını deyir.

“Niyə” gənclər hərəkatı da onlara hücum edildiyini deyir. Ombudsman məsələni araşdırmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG