Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:58

Əfqanıstanda qadın deputatı öldürüblər


İki naməlum şəxs Əfqanıstanın qeyri-sabit Qəndəhar bölgəsində əyalət parlamentinin deputatı Sitarə Açikzayı qətlə yetirib.

Qadın deputata işdən evə gedərkən yanından ötən motosikletdən atəş açıblar. Bu barədə əyalət qanunverici şurasının sədr Əhməd Vəli Kərzay məlumat verib.

Prezident Həmid Kərzayın qardaşı olan sədr deyib ki, hadisəylə bağlı cinayət işi açılıb. O bildirib ki, qətli “Əfqanıstanın düşmənləri” törədiblər, bu ifadəni ölkə rəsmiləri adətən radikal iclamçı Taliban hərəkatı haqda işlərdirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG