Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:18
Aprelin 12-i Sumqayıtda «168 saat oxumasaq da, 1 saat oxuyaq» adlı aksiya keçirilib. Aksiyanın təşkilatçısı Sumqayıtda çıxan regional «168 saat» qəzetidir. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, müxalifət təmsilçiləri, gənclər təşkilatlarının üzvləri və tələbələr iştirak edib.

Aksiya vətəndaşlarda qəzet oxumaq və mətbuata maraq yaratmaq məqsədi daşıyıb.

İki hissədən ibarət olan aksiyada ilk olaraq əllərində qəzet tutan 50-yə yaxın gənc oturaraq qəzet oxuyublar. Sonra qəzetlər insanlara paylanılıb.

Daha sonra isə aksiyaçılar Sumqayıt şəhərinin içində yürüş ediblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG