Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:58

Moldovada səslərin yenidən sayılmasıyla bağlı dinləmə təxirə salıb


Moldovanın konstitusiya məhkəməsi səslərin yenidən sayılması təklifilə bağlı dinləmələri təxirə salıb.

Məhkəmənin sədri Dimitri Pulber deyib ki, seçki komissiyasından rəsmi nəticələri altdıqdan sonra prezidentin sorğusuna baxılacaq.

Avropa Birliyinin xarici əlaqələr komissarı Benita Ferrero Valdner Moldovada sabitliyin bərpasını alqışlayıb.

Amma o eyni zamanda fundamental azadlıqlara hörmətlə yanaşmağa çağırıb.

Ötən bazar Moldovada keçirilmiş parlament seçkilərində kommunistlərin qələbə çaldığı elan edildikdən sonra ölkədə iğtişaş yaranmışdı.

Amnesty İnternational təşkilatı bu gün bir neçə gəncin həbsdə olması və döyülməsinə etiraz bildirib.

Müxalifət sabah nümayiş keçirməyi planlaşdırır.
XS
SM
MD
LG