Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:46

Milli Məclis sərhədlərin açılması məsələsini müzakirə edəcək


Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi Milli Məclisdə müzakirə olunacaq.

Parlamentdən «APA» agentliyinə verilən məlumata görə, iclasda Milli Məclisin daimi komitələrinin işinin təşkil olunması, daimi komitələrin tərkibinin müəyyən edilməsi, İctimai Televiziyanın Yayım Şurasının tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələlər müzakirəyə çıxarılacaq.

Bundan başqa, deputatlar «Xüsusi iqtisadi zonalar haqqında», «Dərman vasitələri haqqında», «Bəzi rayonların inzibati ərazi bölgüsündə dəyişiklik edilməsi haqqında» qanun layihələrinə də münasibət bildirəcəklər.

İclasda həmçinin Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələ də müzakirə ediləcək.

Milli Məclisin növbəti iclası aprelin 14-də keçiriləcək.
XS
SM
MD
LG