Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:37

İraqla Rusiya hərbi sahədə əməkdaşlığı bərpa etmək ərəfəsindədir


Aprelin 10-da Moskvada İraqla Rusiyanın baş nazirləri siyasi və iqtisadi əlaqələrinm bərpasına dair müzakirələr aparıblar.
Bu iki ölkə arasında əlaqələr altı il əvvəl ABŞ-ın İraqa hərbi müdaxiləsindən sonra kəsilmişdi.

Moskvaya səfər edən İraqın baş naziri Nuri əl-Maliki həmkarı Vladimir Putin və prezident Medvedevlə görüşüb.
Məlumata görə əsasən enerji sektorunda əlaqələrin bərpası müzakirələr aparılıb.

Rusiya İraqın neft yataqlarının işlənməsinə dair Səddam Hüseynin dövründə imzalanmış müqaviləni təsdiqləməsini istəyir. 1997-ci ildə Rusiyanın LUKOil şirkəti ilə Qəebi Qurna-2 yatağının işlənməsinə dair müqavilə imzalanmışdı. Amma ABŞ-ın hırbi müdaxiləsindən sonra müqavilə qüvvədən düşdü.

Baş nazir Vladimir Putin Əl-Maliki ilə görüşdən sonra jurnalistlərə bildirib ki, İraq Rusiyadan silah almaq istəyir. Amma Putin bu məsələ haqqında detallı məlumat verməyib:

- Biz İraqlı tərəfdaşlarımızla hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın davamına dair qeydlər apardıq. Hərbi sahədə əməkdaşlığın bərpasına dair danışıqlar artıq yekunlaşır. Məncə, əlaqələrin tam bərpası mümkündür.

Əl-Maliki 2003-cü ildən bəri İraqın Rusiyaya səfər edən ikinci baş naziridir. Əvvəlki baş nazir İyad Əlləvi də 2004-cü ilin dekabrında Moskvaya getmişdi.
XS
SM
MD
LG