Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:20

Obama ABŞ iqtisadiyyatı üçün “işıq ucu” gördüyünü deyir


Birləşmiş Ştatların prezidenti Barak Obama ölkəsində iqtisadiyyatın böhrandan çıxmasına dair “işıq ucu” gördüyünü deyir.

Aprelin 10-da Ağ Evdə prezident Obama iqtisadi məsələlərə dair müşavirləri ilə görüşüb. Görüşdə prezident kiçik biznesə verilən borcların artırıldığını, enerji və infrastruktur layihələrinə investisiyaların olduğunu qeyd edib.

Obama artıq inkişafın başladığını gördüklərini bildirib. Amma onu da vurğulayıb ki, iqtisadiyyatın sağlamlaşdırılması üçün hələ çox iş görülməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG