Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:32

Rusiya İsraildən pilotsuz kəşfiyyat təyyarələri alır


Rusiya mediası Müdafiə nazirliyinin yüksək rütbəli zabitinə istinadla xəbər verir ki, onlar İsrailən pilotsuz kəşfiyyat təyyaələri alırlar. Bu, Rusiyanın İsraildən aldığı ilk hərbi ləvazimatlardır.

Müdafiə Nazirinin müavini Vladimir Popovkin bu təyyarələrin İsrailin adını çəkmədiyi bir şirkətindən alınmasına dair müqavilə imzaladığını bildirib. Amma o, təyyaələrin sayını da qeyd etməyib.
Rusiya mediası isə İsraildən 50 milyon dollar dəyərində təyyarələr alınacağını yazır.

Amma İsraildə çap olunan gündəlik “Haaretz” qəzeti bu alqı-satqının İsrailin şərti yerinə yetiriləndən sonra baş tutmasının mümkün olduğunu yazır.

Qəzet yazır ki, yalnız Rusiyanın İrana təyyarə əleyhinə S-300 raket sistemləri satmaq niyyətin olmmasına dair konkret məlumatlar alandan sonra İsrail Rusiyaya kəşfiyyat təyyarələri sata bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG