Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:34

Hava nisbətən sabitləşəcək


Aprelin 10-u gecə saatlarından etibarən ölkə ərazində qeyri-sabit hava şəraiti dəyişərək nisbətən sabitləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan «Azadlıq» radiosuna verilən məlumata görə, aprelin 9-da başlayan şimal-qərb küləyi aprelin 10-dan etibarən cənub küləyinə keçəcək. Bakı və Abşeronda gündüz temperatur 10, gecə isə 3-5 dərəcə olacaq. Yarımadada qısamüddətli yağış, rayonlarda isə sulu qarın yağacağı da istisna edilmir.

Nisbi sabit hava şəraiti aprelin 13-dək davam edəcək.
XS
SM
MD
LG