Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:29

İnternetdə sərhədin açılmasına etiraz edənlərin sayı 13 mini ötüb


Türkiyədə Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Asif Qurbanovun təşəbbüsü ilə Ermənistanla sərhədlərin açılması əleyhinə www.turkiye-ermenistan-kapilar-acilmasin.org internet kampaniyasına qoşulanların sayı 13 mini ötüb.

Asif Qurbanov AzərTAc-a bildirib ki, aprelin 15-dək davam edəcək imza kampaniyasının hədəfi 20 min insanın qoşulmasını təmin etməkdir.

Kampaniyanın yekununda tərtib olunacaq imza vərəqələri Türkiyənin prezidenti, Baş naziri, Xarici İşlər Nazirliyi və parlamentinə təqdim olunacaq.

Əlavə edib ki, Türkiyə, Azərbaycan, Avropa, Avstraliya, Amerikadan türklər, azərbaycanlılar, habelə müxtəlif müllətlərin nümayəndələri də kampaniyada fəal iştirak edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG