Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:29

Moldovada səsləri yenidən sayacaqlar


Moldova prezidenti Vladimir Voronin ötən bazar günü keçirilən parlament seçkilərinin bütün nəticələrini yenidən saymağa çağırıb. Rəsmi elan olunan nəticə Voroninin partiyasının qalib gəldiyini göstərirdi. Buna etiraz edən müxalifət partiyalarının mitinqində baş verən zorakılıqlarda isə hətta bir müddət prezident aparatı və parlamentin binasına mitinqçilər nəzarət etdilər.

Voronin aprelin 10-da səslərin yenidən sayılması üçün lazım olan Konstitusiya məhkəməsinə formal müraciətini göndərib. Bildirib ki, bu, ölkədə siyasi sabitliyin yaradılması üçün vacibdir.

Səslərin yenidən sayılması müxalifətin əsas tələblərindən biridir. Moldova və Rusiya aprelin 8-də baş verən zorakılıqlara görə Rumıniyanı ittiham ediblər.

Moldovanın baş naziri Zinaida Greceanii yeni etiraz aksiyalarının hazırlandığını bildirib və polisin bu dəfə bütün mümkün vasitələrdən – o cümlədən də silahdan istifadə edəcəyi barədə xəbərdarlıq edib:

- Moldova tarixindəki bu ən böyük cinayəti törədənlər cümə və şənbə günləri başqa dövlət orqanlarına ziya vurmaq üçün uşaqlardan istifadə etməyi planlaşdırır. Əgər biz hamımız bunun baş verməsinə yol versək insan ölümündən qaçmaq çətin olacaq. Polis Moldovanın konstitusional quruluşunu qorumaq üçün bütün vasitələrdən, o cümlədn də silahdan istifadə edəcək.

Moldovanın Daxili işlər naziri isə Rusiyanın Moldova polisinə gözyaşardıcı qaz göndərməsi barədə mətbuatda yayılan məlumatları təkzib edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG