Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:55

ATƏT-in Bakı ofisinin yeni rəhbəri fəaliyyətə başlayır


Aprelin 10-dan səfir Bilgə Cankorel ATƏT-in Bakı Ofisinin rəhbəri vəzifəsində fəaliyyətə başlayır. ATƏT-in Bakı ofisinin yaydığı məlumatda deyilir ki, səfir buna kimi Türkiyə Xarici İşlər Nazirliyində müşavir vəzifəsində, Türkiyənin Kanada, Çin və İsveçrədəki səfirliklərində, Türkiyənin Ukraynadakı səfiri vəzifəsində çalışıb.

B. Cankorel bildirib ki, “Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, yerli hakimiyyət orqanları və vətəndaş cəmiyyət ilə əməkdaşlıq vasitəsilə, ATƏT prinsipləri və öhdəliklərinin Azərbaycanda təşviqi və yerinə yetirilməsində əhəmiyyətli rol oynayır. Mən də öz növbəmdə ATƏT-in bu ölkədə gördüyü işlərə öz tövhəmi vermək istərdim”.

Səfir Cankorel Ankara Universitetində siyasi elmlər üzrə bakalavr, Ohayo Universitetində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi alıb.

O ATƏT-in Bakı Ofisinin rəhbəri postunda Xose Luis Herrero Ansolanı əvəzləyəcək. Herrero 2008-ci ilin sonunda bu vəzifəsini tərk edib.
XS
SM
MD
LG