Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:28

«Axı sən kimsən ki, adam tutursan, ay hakim?»


«Həbsdə olan həmkarlarımızın nə üçün tutulduğu, kim tərəfindən tutulduğu bir daha aydın oldu»
«Yeni Müsavat»: «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzilinin ikicə gündə azadlığa çıxması sevindiricidir. Ümumiyyətlə, indiki dövrdə Avropa məkanına aid bir ölkədə tənqidi yazıya görə adam tutmaq ağlasığmazdır. Özü də bataqlıq və çirkab içində olan oyuncaq bir universitet haqqında yazıya görə».
Şahvələd Çobanoğlu «Axı sən kimsən ki, adam tutursan, ay hakim?» başlıqlı köşə yazısında belə iddia edir.

«Təsəvvür edin ki, dünən Asif Mərzilinin həbsinə qərar vermiş, hətta bu işi icraata götürmüş hakim cəzalandırılıb. Bakı Apelyasiya Məhkəməsinin hakimi Qail Məmmədov onların cəzalandırılması barədə xüsusi qərardad çıxarıb. Qərardada əsasən işi icraata götürmüş hakim Tahir İsmayılova töhmət, həbs qərarını çıxarmış Abbas Rzayevə isə şiddətli töhmət verilib.
Çünki yuxarıdan göstəriş belədir. Axı dünən xəbər yayıldı ki, İlham Əliyev baş redaktorun həbsinə reaksiya verib. Bu da reaksiya. Sanki hakimə deyiblər:

Axı sən kimsən ki, adam tutursan? Axı sən nə cürətlə yuxarıdan deyilmədən jurnalisti tutursan?
Budur bizim ölkə. Budur bizim hakimiyyət. Budur bizim məhkəmə...

Həbsdə olan həmkarlarımızın da nə üçün tutulduğu, kim tərəfindən tutulduğu, niyə buraxılmadığı bir daha aydın oldu».

«Azadlıq»: «Türkiyə ilə Ermənistan arasındakı münasibətlər nəinki bizim, eləcə də Ermənistan və Türkiyə gündəmini tutub. Ən ciddi politoloqlar məsələ ilə bağlı şərh verməkdə çətinlik çəkir». Qan Turalı «Türkiyə bizimdir, bizim olacaq!» sərlövhəli köşə məqaləsində belə yazır.

«İqtidarın səsinə səs verib Türkiyəni təhqir edən, onu «xəyanətkar» adlandıranlardan soruşuram: 15 ildir Azərbaycan iqtidarı Qarabağ məsələsində irəli doğru bir addım atmayanda niyə susurdunuz?»

«Üç nöqtə»: Politoloq Zərdüşt Əlizadə isə Türkiyə - Ermənistan sərhədlərinin açılmasını bu günün aktual problemləri sırasına aid etmir:

«Türkiyə milli maraqları tələb etdiyi zaman istədiyi dövlətlə əlaqə qurur. Görünür, hələlik «soyqırım» məsələsində ortaq məxrəcə gələ bilməyiblər və bəhanə kimi Qarabağı göstərirlər».

«Yeni Azərbaycan»: «Azərbaycanla Ukrayna arasında münasibətlər səmimi dostluq və strateji müttəfiqlik zirvəsinə yüksəlib».

«Hər iki ölkə təkcə iqtisadi, siyasi və təhlükəsizlik siyasəti ilə bağlı məsələlərdə deyil, strateji mahiyyət daşıyan məqamlarda da ümumi mövqelərdən çıxış edir. Ukrayna və Azərbaycan birgə addımlar atmaqda regional əməkdaşlığı yeni formalarla zənginləşdirməkdədir. GUAM çərçivəsində əməkdaşlığın ən yüksək nöqtəyə çatmasında təşəbbüskarlıq da məhz bu iki ölkəyə məxsusdur».

Günün bütün mövzuları

XS
SM
MD
LG